Ebru Şallıdan boşanma iddialarına cavab

Ebru Şallıdan boşanma iddialarına cavab
1475 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli model-aparıcı Ebru Şallı həyat yoldaşı Uğur Akkuşla boşanması barədə yayılan xəbərlərə münasibət bildirib.

Axşam.az xəbər verir ki, aparıcı bu barədə sosial şəbəkədə yazıb.

O, paylaşımına "Boşanmaq üçün müraciət etməmişik, hər ailədə ola biləcək problemlərimiz var. Ən xeyirlisi olsun" deyə, qeyd edib.

Qeyd edək ki, Ebru və Uğur 2019-cu ildə ailə hayatı qurub. Aparıcının 10 yaşlı oğlu Pars limfa vəzində aşkarlanan xərçəngdən əziyyət çəkirdi. O, 2020-ci ilin aprelində xəstəxanada vəfat edib.