Dünyanın ən varlı reperi oldu

Dünyanın ən varlı reperi oldu
719 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Beyonsun həyat yoldaşı, reper Cey-Z-nin sərvəti bəlli olub.

Axşam.az xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb. Bildirilib ki, Cey-Z 2,5 milyardlıq sərvəti ilə dünyanın ən zəngin hip-hop sənətçisidir. İkinci sırada isə 1 milyard dollar sərvəti reper Diddi qərarlaşıb.

Qeyd edək ki, nəşr sonuncu dəfə 2021-ci ildə Cey-Z-nin sərvətini hesablamışdı. O zaman bu məbləğ 1,4 milyard dollar təşkil edirdi. Müğənni "Armand de Brignac" şampan brendinin yeganə sahibidir. Həmçinin, "D'Ussé" konyak istehsalına, "Uber" taksi xidmətinə və "Tidal" musiqi axını xidmətinə sərmayə qoyub. O, bununla yanaşı tvitterin qurucusu Cek Dorsi ilə Pulsuz Bitcoin Akademiyasını açıb.

O, 2019-cu ildə ilk hip-hop milyarderi seçilib.