2000-ci ildə Dünya gözəllik yarışmasının qalibi olan hind aktrisası Priyanka Çopra ilk dəfə Bollivuddan getməsindən danışıb.
Axşam.az xəbər verir ki, aktrisa buna səbəb rəhbərlik və həmkarları ilə tez-tez münaqişələr yaşaması olduğunu açıqlayıb:
"Bu sənayedə küncə sıxılmışdım. Müəyyən səbəblərdən məni qəbul etməyənlər var idi. İnsanlarla mübahisə edirdim. Bundan bezmişdim. Mənim sadəcə fasiləyə ehtiyacım var idi. Əvvəllər bunu heç vaxt deməmişdim".
Qeyd edək ki, Priyanka uzun illərdir Hollivudda fəaliyyət göstərir. O, 2018-ci ildə özündən 10 yaş kiçik amerikalı məşhur müğənni Nik Conasla ailə qurub. Cütlüyün Malti Mari adlı qızı var.