Pikenin oğulları ilə olan bu görüntüsü tənqid olundu

Pikenin oğulları ilə olan bu görüntüsü tənqid olundu
2264 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur müğənni Şakiranın eks-sevgilisi, "Barselona"nın keçmiş müdafiəçisi Jerar Pike bu dəfə övladları ilə münasibətinə görə gündəmə gəlib.

Axşam.az xəbər verir ki, oğulları ilə birgə matç izləməyə gedən Pikenin 90 minlik stadionda Milanı danladığı görüntülər yayılıb. Kadrlarda onun oğluna qışqırdığı və övladının özünü izah etməyə imkan vermədiyi əks olunub.

Görüntülərdən sonra izləyicilər onu sərt tənqid edib.

Qeyd edək ki, Şakira Pikedən xəyanətə görə ayrılıb. İkili 11 il münasibətdə olub.