Britni Spirs boşanır? - Fotolar

Britni Spirs boşanır? - Fotolar
1316 dəfə oxunub
  • A-
  • A
  • A+

Adını River Red olaraq dəyişdirən müğənni Britni Spirsin həyat yoldaşı Sem Askari ilə münasibətlərinin pozulduğu iddia edilir.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, hazırda tətildə olan sənətçinin yanında Sem yox, keçmiş meneceri Keyd Hadson var.

Spirs və Askarinin nişan üzüklərini də çıxarması onların boşanacağı haqda iddiaları gücləndirib. 

Qeyd edək ki, ötən ilin yayında ailə quran cütlük yanvarda restoranların birində mübahisə etmişdi. Sem ifaçını sakitləşdirməyə çalışsa da, buna nail ola bilməmiş və məkanı tərk etmişdi.