Bu səbəbdən övladlarına miras verməyəcəklər

Bu səbəbdən övladlarına miras verməyəcəklər
2302 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, dünyaca məşhur Eşton Katçer və Mila Kunis cütlüyü övladlarına miras qoymayacaqlarını açıqlamışdı.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 275 milyon dollar sərvəti olan Eşton bunun səbəbini belə izah edib:

"Mən onlar üçün bir etimad yaratmıram. Biz pulumuzu xeyriyyə təşkilatlarına və layihələrə verəcəyik. Ümid edirəm ki, bu, onların əllərində olan şeyləri saxlamaq üçün motivasiya olacaq. Uşaqlarımın yaxşı biznes planı olarsa, mən buna sərmayə qoyacağam. Amma onlara etimad verilməyəcək".

Qeyd edək ki, 2015-ci ildə ailə quran cütlüyün bir qız və bir oğlan övladı var.