Mövsüm dəyişikliyində yaranan saç problemləri üçün maskalar

Mövsüm dəyişikliyində yaranan saç problemləri üçün maskalar
811 dəfə oxunub
  • A-
  • A
  • A+

Mövsüm dəyişən zaman saçda problemlər də çoxalır. Bəzi xanımlar saçlarının tez yağlanmasından, gec uzanmasından şikayət edir. Buna nail olmaq üçün ev şəraitində maskalar hazırlayıb, saça vurmaq məsləhətdir. 

Axşam.az xarici mətbuata istinadən evdə asan hazırlaya biləcəyiniz maskalar təqdim edir:

Yağlı saçlar üçün:
Çovdar çörəyinin 1/4 hissəsini götürüb, kənarlarını kəsin. Üzərinə yarım limonun şirəsini əlavə edin. Alınan kütləni saçın dibinə çəkib, bağlayın. Yarım saat saxlayıb, isti su ilə yuyun.

Bərpaedici kefirli maska:
Kənarları kəsilmiş çovdar çörəyinin 1/4 hissəsini bir litr kefirdə həll edib, 4-6 saat saxlayın. Alınan kütləni ələkdən keçirin, sonra saça maska kimi qoyub, qalın papaq geyinin. Yarım saat saxlayıb, isti su ilə yuyun.
 
Quru saçlar üçün maska:
Kənarları kəsilmiş çovdar çörəyinin 1/4 hissəsini 0,5 litr kefirdə 3-4 saat saxlayın. Üzərinə 1 yumurta sarısı, 1 xörək qaşığı bal əlavə edin.  Saçlarınıza çəkib, başınızı dəsmalla bükün, 1,5-2 saat saxlayıb, isti su ilə yuyun.