Məşhur bəstəkar və "Yellow Magic Orchestra" qrupunun musiqiçisi Ryuti Sakamoto 71 yaşında vəfat edib.
Axşam.az xəbər verir ki, yapon musiqiçi 2014-cü ildən bəri xərçənglə mübarizə aparır. Ötən ilin iyununda isə onun xəstəliyi dördüncü mərhələyə keçib.
Qeyd edək ki, 1988-ci ildə Sakamoto ən yaxşı soundtrək üçün "Oskar" qazanan ilk yapon olub. Planetin əsas kino mükafatını ona Bernardo Bertoluççinin “Son imperator” tarixi dramının musiqisi gətirib. Onun bəstələri “Cənnət örtüyü altında”, “Bayramınız mübarək, mister Lourens”, “Uğultulu yüksəkliklər”, “Gənclikdən sonra”, “Qiyamət” və bir çox başqa filmlərdə də eşidilib. Ryuti eyni zamanda "Qızıl qlobus" və "Qremmi" mükafatı alıb.