Məşhur musiqi meneceri Seymur Steyn 80 yaşında vəfat edib.
Axşam.az xəbər verir ki, bu barədə onun qızı məlumat yayıb. Uzun müddətdir xərçəngdən əziyyət çəkən Steyn ötən gün Los-Ancelesdə vəfat edib.
Qeyd olunur ki, Steynin ən gəlirli layihəsi müğənni Madonna olub. İkili 1983-cü ildə müqavilə bağlayaraq əməkdaşlıq edib. Onun adı 2005-ci ildə "Rock and Roll" siyahısına daxil edilib.
O, avtobioqrafik kitabında cinsi azlıq olduğunu, lakin buna baxmayaraq həyat yoldaşı Linda ilə ailə qurduğunu etiraf etmişdi. İkili 1970-ci ildə boşanıb. Lakin Linda 2007-ci ildə müavini tərəfindən öldürülüb. Cütlüyün qızı Samanta isə 2013-cü ildə vəfat edib, digər qızları Mendi Steyn isə rejissorluq edir.