Sevgilisini döyən aktyor ekrana nə vaxt qayıdır?

Sevgilisini döyən aktyor ekrana nə vaxt qayıdır?
677 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktyor Ozan Güvən şiddət göstərdiyi iddiasiyla məhkəməlik olduğu keçmiş sevgilisi Dəniz Bulutsuz barədə danışıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, akyor müsahibəsi zamanı yaxın zamanda məhkəmənin sona çatacağını deyib:

"Hər şey sona çatanda ekranlara geri qayıdacağam. İstəyirəm ki, Dəniz Bulutsuzu bir az araşdırasınız. Nə olduğunu görəcəksiniz. Məhkəmədə şəkillərin fotoşop, montaj olduğu ortaya çıxacaq. Pis günlər geridə qalacaq".