Əfsanəvi aktyor və rejissor Klint İstvud karyerasını bitirməyə hazırlaşır.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 92 yaşlı sənətçinin hazırda üzərində çalışdığı "2 nömrəli münsiflər heyəti" adlı filmi onun sonuncu və 40-cı işi olacaq.
Ekran işinin çəkilişlərinə bu il start veriləcək.
Qeyd edək ki, 1971-ci ildən rejissorluq edən Klint İstvud birinci "Oskar" mükafatını "Bağışlanmayan" filminə görə alıb.