Xəbər verdiyimiz kimi, türkiyəli aktyor Uraz Kayqılaroğlu sosial media hesabında bəzi məşhurları izləmədən çıxarıb.
Axşam.az xəbər verir ki, aktyor məsələ ilə bağlı suallara ilk dəfə reaksiya verib.
"Bu qədər problem olduğu halda mənim sosial media hesabımım müzakirə mövzusu olması cəfəngiyyatdır" deyə, o, sərt münasibət bildirib.
Qeyd edək ki, Urazın izləmədən sildiyi şəxslər arasında Engin Öztürk, Demet Özdemir, Aras Bulut İynemli, Hazal Subaşı, uşaqlıq dostu Özge Özpirinçci və başqaları var.