Yazar Coan Ketlin Roulinqin məşhur "Harri Potter" kitabı serial olaraq yenidən çəkiləcək.
Axşam.az xəbər verir ki, layihə film studiyası "Warner Bros" tərəfindən ekranlaşdırılacaq.
Hər mövsüm üçün kitabın 1 cildinin lentə alınacağı bildirilib. Eyni zamanda, Roulinq də serialın çəkilişlərində iştirak edəcək.
Qeyd edək ki, sözügedən əsər əsasında daha əvvəl 7 bölümlük (red. - sonuncu 2 hissədən ibarətdir) film seriyası çəkilib. Ekran işində əsas rolları Deniel Redkliff, Emma Uotson və Rupert Qrint ifa edib.