Keçmiş ABŞ prezidenti Donald Tramp həbs edilib.
Axşam.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Nyu-York məhkəməsinin qərarına görə həbs ona qarşı ittiham irəli sürülənədək davam edəcək.
Qeyd edək ki, Tramp cinayətdə ittiham olunan ilk Amerika lideridir. O, pornoaktrisa Stormi Danielsə aralarındakı münasibəti gizlətməsi üçün pul verməkdə ittiham olunur.
***
ABŞ-ın keçmiş prezidenti Donald Tramp barədə həbs qərarı ləğv edilib.
Bu barədə CNN məlumat yayıb.
O, artıq məhkəmə binasını tərk edib.