92 yaşlı ABŞ-ın məşhur media maqnatı Rupert Murdoç nişanlısı, 66 yaşlı Ann Lesley Smizdən ayrılıb.
Axşam.az xəbər verir ki, cütlük nişanlandıqlarını elan etdikdən 2 həftə sonra münasibətlərini bitirib. İddialara görə, Ann göz önündə olmaqdan narahat olub və bu səbəbdən ikili qarşılıqlı razılaşma ilə yollarını ayırıblar.
Qeyd edək ki, Rupert bundan əvvəl 4 dəfə ailə qurub. Ümumilikdə 6 övladı var.