Məşhur cütlük boşandı

Məşhur cütlük boşandı
1152 dəfə oxunub
  • A-
  • A
  • A+

Fransanın məşhur cütlüyü, aktyor Vensan Kassellə model həyat yoldaşı Tina Kunaki boşanıb.

Axşam.az xəbər verir ki, bu barədə cütlüyə yaxın mənbələrdən biri "Daily Mail" nəşrinə açıqlamasında bildirib. Onun sözlərinə görə məşhurlar bir neçə həftə əvvəl ayrılıb.

56 yaşlı aktyorun isə dünən doğum gününü qeyd edən Tinanın yanında olmaması və onunla çəkdirdiyi şəkilləri sosial şəbəkə hesablarından silməsi yayılan məlumatları daha da gücləndirib. 

Qeyd edək ki, cütlük 2018-ci ildə ailə qurub. Onların bir qız övladı var.