Dünyanın ən zəngin insanı odur

Dünyanın ən zəngin insanı odur
2834 dəfə oxunub
  • A-
  • A
  • A+

“Forbes” jurnalı dünyanın ən zəngin insanlarının illik reytinqini açıqlayıb.

Axşam.az xəbər verir ki, siyahıya 211 milyard dollarla "LVMH" moda konqlomeratının sahibi Bernar Arno başçılıq edir. Son 12 ayda onun sərvəti 53 milyard dollar artıb.

“Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Mask isə 180 milyard dollarla ikinci pilləyə enib.

Üçüncü yerdə 114 milyard dollar sərvəti ilə "Amazon"un qurucusu Ceff Bezos qərarlaşıb.

İlk onluqda həmçinin Larri Ellison, Uorren Baffet, Bill Qeyts, Maykl Blumberq, Karlos Slim Elu, Mukeş Ambani və Stiv Balmer yer alıb.

Qeyd edək ki, İlon Mask dünyada varidatı 300 milyard dolları keçən ilk şəxs olub.