Xəbər verdiyimiz kimi, türkiyəli aktyor Mert Yazıcıoğlu həmkarı Dilan Çiçek Denizlə münasibətdədir.
Axşam.az xəbər verir ki, aktyor ayrıldıqdan aylar sonra eks-sevgilisi Afra Saraçoğlunu sosial media hesabında izləmədən çıxarıb.
Maraqlı məqamlardan biri də Afranın hələdə onu izləmədə saxlamasıdır.
Qeyd edək ki, Afranın hazırda rol aldığı "Yalı çapkını" serialındakı tərəf müqabili Mert Ramazanla münasibətdə olduğu iddia edilmişdi. Bundan sonra o, Yazıcıoğlu ilə 4 illik münasibətlərini sonlandırmışdı.
Dilan isə bir müddət əvvəl nişanlısı, islandiyalı rejissor Thor Saevarssondan ayrılıb.