Xəbər verdiyimiz kimi, "RTÜK" (Türkiyədə Radio və Televiziya Ali Şurası) "Show TV"də yayımlanan "Kızılcık şerbeti" serialı ilə bağlı yayımını əngəlləyən qərar qəbul edib.
Axşam.az xəbər verir ki, telekanalın məhkəməyə müraciətinin ardından tərəflərin iddialarına yenidən baxılması səbəbi ilə qərarda dəyişiklik edilib. Məhkəmə prosesinin uzanması nəticəsində bu gün yayımı əngəllənən bölümün izləyicilərə təqdim ounacağı bildirilib.
Qeyd edək ki, qurum serialın 5 həftə yayımını əngəlləyib və 1,5 milyon lirə məbləğində cərimə olunub. Qərara ekran işinin heyəti ilə yanaşı bir çox məşhur sima etiraz edib.