İyunun 22-də Parisdə fransız aktyoru Alen Delonun kolleksiyasından olan 80-dən çox sənət əsərinin satılacağı hərrac keçiriləcək.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, hərracın dəyəri 4-5 milyon avro arasında qiymətləndirilir.
Kolleksiyaya 19-cu əsrin fransız rəssamlarının əsərləri və İtaliya İntibah dövrünə aid heykəllər daxildir.
Delonun sözlərinə görə, o, bu kolleksiyanı təxminən 60 il toplayıb.