"Aşk-ı Memnu"da oynadığı Süleyman Efendi obrazı ilə tanınan Rana Cabbar xəstəxanaya yerləşdirilib.
Axşam.az xəbər verir ki, onunla bağlı məlumatı həmkarı Metin Yıldız yayıb. O bildirib ki, hazırda aktyor həkim nəzarətindədir:
"Dəyərli Rana Cabbar xəstədir və hazırda xəstəxanadadır. Xəstəxananın önündəyəm. Vəziyyəti kritikdir. Həkim nəzarətindədir".