"Barselona"nın keçmiş müdafiəçisi Jerar Pikenin şəksi həyatı ilə bağlı növbəti iddia yaranıb.
Axşam.az xəbər verir ki, "Sport" nəşrinin məlumatına görə, Pikenin yeni sevgilisi 23 yaşlı Klara Çia ona xəyanət edib. Bildirilib ki, o, Pikeni 52 yaşlı baş məşqçi Xosep Qvardiola ilə aldadıb. Belə ki, Klara Xosepin övladları ilə eyni məktəbdə təhsil alıb və bu vasitə ilə tanış olublar. Daha bir iddia isə Klaranın bu addımı Pikenin ona vəkillə xəyanət etməsi səbəbindən atmasıdır.
Qeyd edək ki, dünyaca məşhur müğənni Şakira Pikedən xəyanətə görə ayrılıb. İkili 11 il münasibətdə olub. Onların iki oğul övladı var - 9 yaşlı Milan və 7 yaşlı Saşa. Şakira bu yaxınlarda övladlarını da götürərək Barselonanı tərk edib.
Hazırda Klara Çiananın hamilə olduğu deyilir.
