Məşhur şirkətdən 10 milyard tələb edir

Məşhur şirkətdən 10 milyard tələb edir
650 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın Əməkdar rəssamı Nikas Safronov "Wildberries" satış şirkətini məhkəməyə verib.

Axşam.az xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb. Bildirilib ki, rəssam əsərlərindən icazəsiz istifadə edilərək satışına görə şirkətdən 10 milyard rubl (təxminən 208 milyon 573 min 453 manat) təzminat tələb edir.

Belə ki, bu, Rusiya incəsənəti tarixində ən böyük məhkəmə iddiasıdır.

Qeyd edək ki, "Wildberries"in sahibi və Rusiyanın ən varlı qadını Tatyana Bakalçukdur. Şirkət son vaxtlar tez-tez qalmaqalları ilə gündəmə gəlir.