Türkiyəli müğənni İbrahim Tatlısəsin millət vəkili olmaq arzusu bu dəfə də gerçəkləşməyib.
Axşam.az xəbər verir ki, ifaçı Ədalət və İnkişaf Partiyasından (AKP) millət vəkilliyinə namizədliyini irəli sürmüşdü. Siyahıda Şanlıurfadan 14 nəfərin adı yer alsa da, içərisində Tatlısəs olmayıb.
Bununla da İbrahimin namizədliyi beşinci dəfə geri çevrilib.