ABBA qrupunun gitaristi Lasse Vellander 70 yaşında vəfat edib.
Axşam.az xəbər verir ki, bu barədə musiqiçinin yaxınları sosial şəbəkədə məlumat yayıblar.
"Sevgili Lassenin əbədi yuxuya getdiyini bildirmək məcburiyyətindəyik. Bu yaxınlarda məlum oldu ki, o, sürətlə irəliləyən xərçəng xəstəliyindən əziyyət çəkir" deyə, məlumatda qeyd olunub.
Qeyd edək ki, gitarist 1974-cü ildən ABBA qrupu ilə işləyir, əfsanəvi qrupun 24 mahnısının və səkkiz albomunun yazılmasında iştirak edib. 1982-ci ildə qrup dağıldıqdan sonra Lasse digər sənətçilərlə əməkdaşlıq edib.