"Yeşilçam" ulduzu Hulusi Kentmenin nəvəsi sənətçinin vəsiyyətini yerinə yetirib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 1961-ci ildə aktyor tərəfindən qurulan, lakin maliyyə çətinliyi səbəbindən fəaliyyəti dayandırılan Hulusi Kentmen Teatrının adını yaşatmaq istəyən nəvəsi Mələk Kentmen tərəfindən yenidən qurulub.
Tamaşanın ilk nümayişindən əldə edilən gəlir Kahramanmaraşda zəlzələdən zərərçəkənlərə bağışlanacaq.
Qeyd edək ki, aktyor 1993-cü ildə vəfat edib.