Tanınmış yazar evində ölü tapıldı

Tanınmış yazar evində ölü tapıldı
1030 dəfə oxunub
  • A-
  • A
  • A+

İspan yazar Fernando Sançez Draqo vəfat edib.

Axşam.az xəbər verir ki, yazar 86 yaşında infarkt səbəbindən dünyasını dəyişib. O, evində huşsuz vəziyyətdə qonşular tərəfindən aşkarlanıb.

Qeyd edək ki, Draqo 45-dən çox əsər, o cümlədən bir çox avtobioqrafik roman və esselərin müəllifidir. O, daha çox “Ürək yolu” və “Paralel ölümlər” kimi əsərləri ilə tanınır. Draqo 1992-ci ildə "Labirint sınağı" kitabına görə "İspan dilində ən yaxşı roman" nominasiyası üzrə "Milli Planet Mükafatı"na layiq görülüb.