Filipp Kirkorov məhkəməyə verildi

Filipp Kirkorov məhkəməyə verildi
732 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın Xalq artisti Filipp Kirkorov məhkəməyə verilib.

Axşam.az xəbər verir ki, ifaçıdan  “Mədəniyyət xidməti” adlı konsert təşkilatçıları şikayətçidir. Belə ki, söhbət Voronejdə 2022-ci ilin payızında baş tutmalı olan, lakin fəalların xahişindən sonra təxirə salınan konsertdən gedir. Onlar Kirkorovdan 4,5 milyon rubl (93 min 563 manat) tələb edirlər.

Qeyd edək ki, Kirkorovun son illər verdiyi bir çox konsertləri səhnə geyimləri səbəbindən tənqid olunur və buna görə etirazlar keçirilir.