"Mad" jurnalının karikaturaçısı Əl Caffi 102 yaşında vəfat edib.
Axşam.az xəbər verir ki, bu barədə onun nəvəsi məlumat yayıb. Onun sözlərinə görə, Caffi çoxlu orqan çatışmazlığından Nyu-Yorkdakı bir klinikada dünyasını dəyişib.
Qeyd edək ki, karikaturaçı 99 yaşında təqaüdə çıxıb və bu sahədə ən uzun karyerasına görə adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.