"Lotus" musiqi qrupunun üzvü 47 yaşlı musiqiçi Çak Morrisin və 20 yaşlı oğlu Çarlinin cəsədləri itkin düşmələrindən 24 gün sonra tapılıb.
Axşam.az xəbər verir ki, bu barədə "ET" nəşri məlumat yayıb.
Göldə baydarka ilə üzən ikilidən uzun müddət xəbər alınmayıb. Yaxınları polisə müraciət edib. Çak və oğlunun cəsədləri sualtı gəmilər vasitəsi ilə aşkarlanıb.