"Met Gala 2023"lə bağlı maraqlı məqam ortaya çıxıb.
Axşam.az xəbər verir ki, tədbirdə 2019-cu ildə vəfat edən “Dəbin atası”, "Chanel" və "Fendi" moda evlərinin keçmiş kreativ direktoru Karl Laqerfeldin pişiyi Şopet də iştirak edəcək. Bildirilib ki, artıq pişik üçün rəsmi dəvətnamə göndərilib.
Qeyd edək ki, tədbir mayın 1-də keçiriləcək.
Dünyanın ən məşhur pişiyi hesab edilən Şopet "Shu Uemura" kosmetik markasının və "Opel" avtomobil markasının reklamlarına çəkilib və il ərzində milyonlar qazanır. Karl mirasını Şopetə vəsiyyət etsə də, Fransa qanunlarına görə, bu, mümkün olmayıb. Bu səbəbdən Karlın mirasının böyük bir hissəsi xaç atalığını etdiyi oğluna qalıb.