Xəbər verdiyimiz kimi, mayın 6-da Böyük Britaniya Kralı III Çarlzın tacqoyma mərasimi baş tutacaq.
Axşam.az-ın məlumatına görə, Bukingem Sarayından bildiriliib ki, mərasimdə şahzadə Harri də iştirak edəcək.
Lakin onun aktrisa həyat yoldaşı, Sasseks hersoginyası Meqan Markl tədbirə qatılmayacaq.
Qeyd edək ki, bir müddət əvvəl cütlüyün mərasimə dəvət olunmaması haqda xəbərlər yayılmışdı.