Teleaparıcı İvan Urqant Rusiyanın Birinci Kanalındakı fəaliyyətini yenidən bərpa etməyi arzulayır.
Axşam.az xəbər verir ki, aparıcı bu barədə TASS-a "Çağırış" bədii filminin premyerasından əvvəl deyib.
"Buna ümid edirəm" deyən Urqant bununla bağlı bir planın olub, olmaması ilə bağlı suallara belə reaksiya verib:
"Niyə bir-birimizi aldatmalıyıq, əlbəttə ki, bəli".
Xatırladaq ki, 2022-ci ilin mayında Rusiya mətbuatı "Вечерний Ургант" layihəsinin bağlandığını yazmışdı. Urqant və Birinci Kanal bununla bağlı heç bir rəsmi açıqlama verməyib.