Qısa ətəyin yaradıcısı öldü

Qısa ətəyin yaradıcısı öldü
2565 dəfə oxunub
  • A-
  • A
  • A+

Britaniyalı məşhur modelyer Meri Kuant vəfat edib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, o, bu gün səhər saatlarında İngiltərənin Surrey qraflığındakı evində 93 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Kuant qısa ətəyin yaradıcısı kimi tanınırdı. Modelyer 2015-ci ildə Britaniya modasına göstərdiyi xidmətlərə görə "Dame" mükafatını qazanıb.