Türkiyəli aktrisa Demet Özdəmirlə boşanma qərarı aldıqlarını açıqlayan müğənni Oğuzhan Koçla bağlı yeni iddia ortaya çıxıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Söylemezsem olmaz" proqramının aparıcısı Bircan Bali Koçun aktrisaya xəyanət etdiyini açıqlayıb.
Aparıcı, müğənninin bu hadisənin ortaya çıxmaması üçün başqa bir xəbər yayımlatdığını bildirib.
Qeyd edək ki, ötən ilin avqustunda nikah masasına əyləşən Demet və Oğuzhan ötən gün boşanacaqlarını təsdiqləyiblər.