Yeniyetmə olarkən qətl törətməkdə təqsirli bilinən britaniyalı yazar Enn Perri vəfat edib.
Axşam.az xəbər verir ki, yazar 85 yaşında dünyasını dəyişib. O, keçən il infarkt keçirib və bundan sonra sağlamlığını bərpa edə bilməyib.
Qeyd edək ki, 1954-cü ildə 15 yaşlı Ann Perri (əsl adı - Cülyet Halm) rəfiqəsi 16 yaşlı Polin Parkerlə birlikdə anasını kərpiclə döyərək öldürüblər. Buna səbəb anasının qızına rəfiqəsi ilə başqa ölkəyə köçməyə icazə verməməsi olub. Hər iki yeniyetməyə beş il həbs cəzası verilib. O, həbsdən çıxdıqdan sonra adını dəyişib və İngiltərəyə köçüb.
Yazar 1979-cu ildə yüzə yaxın detektiv hekayəsindən ibarət ilk romanını nəşr edib. Perri daha çox müfəttiş Tomas Pitt və şəxsi müstəntiq Uilyam Monk haqqında yazdığı silsilə kitabları ilə tanınır. Ümumilikdə, onun əsərləri 26 milyon nüsxədən çox satılıb.
O, kimliyini 1994-cü ildə açıqlayıb. Bunun ardınca rejissor Piter Cekson Perri və onun rəfiqəsi tərəfindən törədilən qətlə həsr olunmuş “Heavenly creatures” filmini təqdim edib. Ekran işi "Oskar" mükafatına namizəd olub. Filmdə Perri obrazını aktrisa Keyt Uinslet canlandırıb.
1998-ci ildə Perri "Times" qəzeti tərəfindən kriminal janrın ən yaxşı 100 yazarından biri seçilib.
