Məşhur amerikalı müğənni Ledi Qaqaya Ağ Evdə vəzifə verilib.
Axşam.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. ABŞ prezidenti Co Bayden ifaçını Mədəniyyət və İncəsənət üzrə Prezident Komitəsinin həmsədri vəzifəsinə təyin edib.
Bildirilib ki, 13 Qremmi mükafatı olan Ledi Qaqa bu vəzifəyə ən layiqli namizəddir.
Qeyd edək ki, müğənni "Forbes" jurnalı tərəfindən dünyanın ən nüfuzlu qadınları və "Time" jurnalının dərc etdiyi dünyanın 100 ən nüfuzlu insanı siyahısına daxil edilib.
O, seçki kampaniyası zamanı Co Baydenə fəal dəstək verib və andiçmə mərasimində ABŞ Himnini səsləndirib.