“Lilo və Stiç”in filmi çəkiləcək

“Lilo və Stiç”in filmi çəkiləcək
590 dəfə oxunub
  • A-
  • A
  • A+

Yadplanetli və balaca qızın dostluğundan bəhs edən “Lilo və Stiç” çizgi filmi yenidən çəkiləcək.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ekran işi film olaraq izləyicilərə təqdim olunacaq. Aktyor axtarışına start verilən layihədə Lilonun böyük bacısı Nani obrazını Sidney Agudongun canlandıracaq.

Qeyd edək ki, çizgi filmi 2002-ci ildə “Volt Disney” şirkəti tərəfindən istehsal olunub.