"Kızılcık şerbeti" ilə bağlı qərar verildi

"Kızılcık şerbeti" ilə bağlı qərar verildi
5002 dəfə oxunub
  • A-
  • A
  • A+

"Kızılcık şerbeti" serialı ilə bağlı RTÜK'ün (Türkiyədə Radio və Televiziya Ali Şurası) verdiyi 5 dəfə yayımlanmama cəzasının nəticəsi bəlli olub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işi bu axşam izləyicilərə təqdim olunmayacaq.

Cəzanın ləğv olunması üçün bazar ertəsi günü apellyasiya məhkəməsinə müraciət olunacaq.

Qeyd edək ki, serialda qadına şiddət, dini mövzularda ekranlaşdırılan kadrlar müzakirələrə səbəb olmuşdu.