Selin Dion 4 illik fasilədən sonra qayıtdı

Selin Dion 4 illik fasilədən sonra qayıtdı
843 dəfə oxunub
  • A-
  • A
  • A+

Celine Dion 4 illik fasilədən sonra ilk mahnısını təqdim edib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, nadir sağalmaz xəstəlikdən əziyyət çəkən sənətçi "Love again" adlı mahnını ifa edib.

Sözügedən bəstə eyniadlı filmin saundtrekidir.

Qeyd edək ki, 54 yaşlı sənətçiyə əzələ sərtliyi sindromu (əzələ sərtliyinə və əzələ spazmlarına səbəb olan nadir və sağalmaz nevroloji xəstəlikdir) diaqnozu qoyulub.