Daha bir rusiyalı məşhurun bu ölkəyə girişi qadağandır

Daha bir rusiyalı məşhurun bu ölkəyə girişi qadağandır
1080 dəfə oxunub
  • A-
  • A
  • A+

"İnstasamka" ləqəbi ilə tanınan rusiyalı reper, bloger Darya Zoteeevanın Latviyaya girişi qadağan olunub.

Axşam.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Edqars Rinkeviç tvitter hesabında yazıb. Bildirilib ki, onun adı arzuolunmaz şəxslər siyahısına daxil edilib. Hazırda “İnstasamka”nın Latviyaya girişi qeyri-müəyyən müddətə qədər qadağandır.

Belə ki, o, Rusiya ordusunun ehtiyaclarını qarşılamaq üçün vəsait köçürməkdə şübhəli bilinir.

Reperin aprelin 22-də Latviyada çıxış etməsi gözlənilirdi. 

Qeyd edək ki, daha əvvəl də bir çox rusiyalı məşhurun Latviyaya girşinə qadağa qoyulub.