Şoumen İvan Urqant Rusiyanın Xaq artisti Alla Puqaçovaya ad günü münasibətiylə sürpriz hazırlayıb.
Axşam.az xəbər verir ki, 74 yaşını qeyd edən Primadonna hazırda İsraildə yaşayır. Urqant Allanı öz mahnısı ilə təbrik edib.
O, Qrişa Urqant adlı yaradıcı təxəllüsü ilə 1989-cu ildə "Я не могу без тебя" kompozisiyasının "cover" versiyasını ifa edib. Urqant mahnını özü oxusa da, nəqarətdə Puqaçovanın orijinal səsini saxlayıb.