Xəbər verdiyimiz kimi, mayın 6-da Böyük Britaniya Kralı III Çarlzın tacqoyma mərasimi baş tutacaq.
Axşam.az xəbər verir ki, tacqoyma ərəfəsində Kralın sərvəti ortaya çıxıb. Bu barədə "Times" qəzeti məlumat yayıb. Bildirilib ki, III Çarlzın şəxsi sərvəti 600 milyon funt-sterlinq (1 milyard 265 milyon 813 min 130 manat) təşkil edir.
Bu, mərhum Kraliça II Elizabetin sərvətindən çoxdur. Belə ki, 2022-ci ilin məlumatlarına görə, II Elizabetin sərvəti 370 milyon funt-sterlinq (780 milyon 597 min 157 manat) idi.
Həmçinin qeyd olunub ki, Kral bu gəlirləri Kornuol hersoqluğunun idarəçiliyi sayəsində əldə edib. III Çarlz 11 il ərzində gəlirini 42,5 faiz yəni, 212,7 milyon funt-sterlinq artıra bilib.