Türkiyəli aktyor İsmail Hacıoğlu ilə özündən üç yaş böyük həmkarı Aslıhan Gürbüz evlənir.
Axşam.az xəbər verir ki, cütülüyün yazın sonlarında nikah masasına əyləşəcəyi bildirilib.
Qeyd edək ki, ikili artıq dörd aydır münasibətdədir. İsmail hazırda "Taçsız prenses", Aslıhan isə sonuncu dəfə "Masumlar apartmanı" serialında rol alıb.
Bu, İsmailin 3-cü evliliyi olacaq. O, daha əvvəl Vildan Atasever və Duyğu Kaya Kumarki ilə evli olub. Onun Duyğudan Yemin adlı bir qızı var.