Rusiyanın Xalq artisti Filipp Kirkorov şoumen Maksim Qalkinin onun barəsində taytla ön cəbhəyə yollanması zarafatına cavab verib.
Axşam.az xəbər verir ki, Kirkorov ehtiyac yaranarsa, istənilən formada cəbhəyə getməyə hazır olduğunu bildirib.
“Sülh naminə, əgər bu, kiminsə həyatını xilas edərsə, o zaman taytla cəbhəyə gedəcəyəm. Heç bir şey məni qorxutmayacaq".
Qeyd edək ki, Qalkin daha əvvəlk "Şəffaf taytlı Filip öndədirsə, bir neçə günlük atəşkəs ola bilər" deyə, bildirmişdi.