"Sehirli annem" serialında "Tuğçe" obrazıyla tanınan aktrisa Damla Ersubaşı məhəkməyə müraciət edib.
Axşam.az xəbər verir ki, aktrisa bir zamanlar yaxın rəfiqəsi olan Müge Işıkdan şikayətçidir. Buna səbəb Mügenin Damlanı keçmiş həyat yoldaşı Mustafa Can Keserə qarşı dələduzluq etməkdə ittiham etməsidir. Eyni zamanda o, rəfiqəsini əri Sönmez Işıkla münasibət qurmağa cəhd etməkdə təqsirli bilib.
Müge sosial media hesabında “Mənə sığındın, səni buralara qədər gətirdim, pulunu verdim. Ərimə tamah salmağa necə cürət edirsən? Gecə saat 3-də həyat yoldaşıma uyğunsuz şəkil göndərmək nə deməkdir?" deyə, açıqlama yayıb.
O, əlavə edib ki, Damla keçmiş həyat yoldaşının ailəsini də 1 milyon lirə məbləğində dolandırıb.
Məsələ ilə bağlı paylaşım edən aktrisa isə haqqında səsləndirilən ittihamlarla bağlı məhkəməyə müraciət etdiyini vurğulayıb.
Qeyd edək ki, Damla şiddətə və xəyanətə məruz qaldığı üçün Mustafa Can Keserlə evliliyini sonlandırmışdı. Daha sonra cütlük ikinci dəfə evlənmək qərarı alsa da yenidən ayrılıb. Cütlüyün Zehra, Zeynep Nisa adlı iki qızı var.