Məşhur qrup Castin Biberi də geridə qoydu

Məşhur qrup  Castin Biberi də geridə qoydu
1276 dəfə oxunub
  • A-
  • A
  • A+

K-pop qrupu "Blackpink" adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.

Axşam.az xəbər verir ki, qrupun hesabı yutubda ən çox baxış sayı toplayan kanal olub. Onların rəsmi kanalı 30 milyard baxışı keçərək kanadalı həmkarı Castin Biberin hesabını da geridə qoyub.

6 il doqquz ay əvvəl açılan hesabın təxminən 86,9 milyon abunəçisi var.

Qeyd edək ki, "Blackpink" "Spotify"da ən çox yayımlanan qız qrupu, İngiltərə və ABŞ-nin qlobal albom siyahılarında birinci sırada qərarlaşan ilk K-pop qız qrupu kimi rekordlar qoydu.