Xəbər verdiyimiz kimi, Türkiyədə məşhurlaşan azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin sahibsiz pişikləri yemlədiyi üçün qonşuları ilə problem yaşadığı iddia edilib.
Axşam.az xəbər verir ki, aktrisa məsələ ilə bağlı açıqlama yayıb.
"Haqqımda yayılan xəbərlər tamamilə əsassızdır. Binanın içində saxladığım pişiklərin sayı sıfıra bərabərdir. Qonşularımızla birlikdə nəinki pişiklərə, bütün heyvanlara həssaslıqla yanaşırıq. Ötən həftə pişiklərdən birinin başına iş gəldi. Bəziləri onu ölümə tərk etdi. Biz də onu çətinliklə tapıb sahibləndirdik. Heç kimlə dava etmədim" deyə, Nəsrin yazıb.
