Boşanma qərarı alan türkiyəli aktrisa Demet Özdemirlə müğənni Oğuzhan Koç barədə yeni iddia ortaya çıxıb.
Axşam.az xəbər verir ki, aktrisanın Oğuzhanın “Özür dilerim” filminin qalasına qatılmasından istifadə edərək evlərinə getdiyi bildirilib. Demet evə girərək bütün əşyalarını toplayıb və oranı tərk edib.
Hadisə ilə bağlı evdə olan şəxslər Oğuzhana zəng vuraraq məlumat verib.
Qeyd edək ki, ötən ilin avqustunda nikah masasına əyləşən Demet və Oğuzhan boşanacaqlarını təsdiqləyiblər.