"Kızılcık şerbeti" final edə bilər

"Kızılcık şerbeti" final edə bilər
1760 dəfə oxunub
  • A-
  • A
  • A+

"Kızılcık şerbeti" serialı final edə bilər.

Axşam.az xəbər verir ki, buna səbəb ekran işinin RTÜK-ün (Türkiyədə Radio və Televiziya Ali Şurası) verdiyi 5 dəfə yayımlanmama cəzasıdır. Belə ki, hazırda məhkəməsi davam edən layihənin aqibəti veriləcək qərardan asılıdır. Məhkəmə "Show TV" telekanalının haqlı olması ilə bağlı qərar verərsə, serial 32-ci bölümdə mövsüm finalına ayrılacaq. Lakin RTÜK-ün ittihamları təsdiqini tapacağı təqdirdə isə ekran işi 27-ci bölümün sonunda izləyicilərlə vidalaşacaq.

Qeyd edək ki, serialda qadına şiddət, dini mövzularda ekranlaşdırılan kadrlar müzakirələrə səbəb olmuşdu. Bunun ardınca RTÜK serialın 5 həftə yayımını əngəlləyib və 1,5 milyon lirə məbləğində cərimə edib. Telekanal isə qərarla bağlı məhkəməyə müraciət edib.